Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Bərdə, Tərtər və Ağcabədi rayonlarında yerləşən pambıq əkin sahələrində fitosanitar monitorinqlər və maarifləndirmə tədbirləri keçirilib.
Monitorinqlər zamanı zərərli orqanizmlərə və karantin tətbiq edilən alaq otlarına qarşı aparılan kimyəvi mübarizə tədbirlərinə nəzarət edilib. Təsərrüfat sahibləri ilə keçirilən görüşlərdə bitki mühafizə vasitələrinin təhlükəsiz və düzgün tətbiqi, aqrokimyəvi maddələrdən istifadə zamanı müəyyən edilmiş tələblərə əməl olunması, eləcə də aqrotexniki qaydalara riayət edilməsi ilə bağlı ətraflı məlumat verilib.
Aşkarlanan nöqsanların aradan qaldırılması və müvafiq tələblərə əməl olunmasının təmin edilməsi məqsədilə təsərrüfat sahiblərinə icrası məcburi göstərişlər verilib.
