Pakistan ordusunun rəhbəri feldmarşal Asim Munir Tehrana səfər edib.
Redaksiya xəbər verir ki, onu İranın daxili işlər naziri İskəndər Mömeni qarşılayıb.
Pakistan tərəfi bildirib ki, səfər davam edən vasitəçilik təşəbbüslərinin bir hissəsidir.
Müzakirələrin əsas mövzularının regional təhlükəsizlik, İran ətrafındakı gərginlik və mümkün diplomatik həll yolları olduğu bildirilir.
Səfər ABŞ-İran münasibətlərində gərginliyin artdığı və region ölkələrinin mümkün eskalasiyanın qarşısını almağa çalışdığı dövrə təsadüf edir.
