Pakistan məhkəməsi ölkənin keçmiş baş naziri İmran Xanı korrupsiya işi üzrə əlavə cəzaya məhkum edib. Beləliklə, daha əvvəl verilmiş 14 illik həbs hökmünə əlavə olaraq ona daha 17 il həbs cəzası təyin olunub.
Redaksiya Dawn-a istinadla xəbər verir ki, məhkəmə qərarına əsasən, İmran Xan ümumilikdə 31 müddətinə azadlıqdan məhrum ediləcək. Eyni iş üzrə siyasətçinin həyat yoldaşı Buşra Bibi də əlavə 17 il həbs cəzası alıb və onun ümumi cəza müddəti 24 ilə çatıb.
Məhkəmənin açıqlamasında bildirilib ki, hökm çıxarılarkən İmran Xanın yaşı və Buşra Bibinin qadın olması nəzərə alınıb. Bu amillər yüngülləşdirici hal kimi qiymətləndirilib və daha ağır cəzanın tətbiqindən imtina olunub.
İstintaq materiallarına görə, İmran Xan və həyat yoldaşı çirkli pulların yuyulması işi üzrə himayə qarşılığında bir şirkətdən beş milyard rupi və onlarla hektar torpaq sahəsi alıblar. Qeyd edək ki, İmran Xan 2022-ci ilin aprel ayında etimadsızlıq səsverməsindən sonra baş nazir vəzifəsindən uzaqlaşdırılmışdı.
