Pakistanın hava nəqliyyatı sahəsində baş verən son hadisələr, ölkənin beynəlxalq uçuşlarına təsir edən mühüm dəyişikliklərə səbəb olub. Bu dəyişikliklər, təhlükəsizlik məsələləri və saxta pilot lisenziyaları ilə bağlı yaranan problemlərlə əlaqədar olub.
Redaksiya məlumat verir ki, Pakistan Beynəlxalq Hava Yolları (PIA), təxminən beş il sonra İngiltərəyə uçuşlarını bərpa edib. Bu qərar, İngiltərənin ətraflı yoxlamalarından sonra, bir çox pilotun saxta lisenziyalara malik olması səbəbindən PIA-ya tətbiq etdiyi qadağaları ləğv etməsi ilə bağlıdır. İlk uçuş, İslamabad şəhərindən Mançesterə həyata keçirilib.
Pakistanın Müdafiə Naziri Xavaja Məhəmməd Asıf, İslamabad Beynəlxalq Hava Limanında keçirilən mərasimdə çıxış edərək, "Mançester uçuşu mühüm bir başlanğıcdır. Növbədə London və Birmingem var. Biz bu xətləri də ən qısa müddətdə yenidən açmağı hədəfləyirik," deyə bildirib. Bu hadisələr, 22 may 2020-ci ildə Lahordan Karaçiyə uçan Pakistan Beynəlxalq Hava Yollarının 8303 saylı reysinin qəzaya uğraması ilə bağlıdır. Qəzada, heyət daxil olmaqla 99 nəfərdən yalnız 2 sərnişin sağ qalıb. Qəzadan sonra aparılan araşdırmalar nəticəsində, bir çox Pakistanlı pilotun saxta lisenziyalara malik olduğu ortaya çıxıb. Bu səbəbdən, Avropa Hava Təhlükəsizliyi Agentliyi (EASA), İngiltərə və ABŞ, Pakistan Beynəlxalq Hava Yollarının reyslərinə qadağa qoymuşdu.
