Oppo Find X9s kompaktının flaqmanı barədə yeni detallar

Oppo Find X9s kompaktının flaqmanı barədə yeni detallar

Fərid Əlizadə · Texnologiya ·

İnternet məkanında Oppo şirkətinin yeni flaqman smartfon seriyası Find X9 ilə bağlı maraq getdikcə artır. Xüsusilə seriyanın Find X9s modeli istifadəçilər və texnologiya ekspertlərinin diqqət mərkəzindədir. GSMArena portalının Digital Chat Station adlı etibarlı insayderə istinadla yaydığı məlumata görə, cihaz kompakt ölçülərinə baxmayaraq yüksək performans təqdim edəcək. Smartfon 6,3 düymlük, 1.5K təsvir ölçülü LTPS texnologiyalı düz OLED ekranla təchiz olunacaq və ekrana inteqrasiya edilmiş ultrasəs barmaq izi skaneri ilə gələcək.

Redaksiya xəbər verir ki, sızan məlumatlara əsasən Oppo Find X9s iki ədəd 200 meqapiksellik əsas kamera ilə təchiz ediləcək. Hər iki modulun Samsung HP5 sensoru üzərində qurulacağı, onların biri genişbucaqlı, digəri isə periskopik teleobyektiv funksiyasını yerinə yetirəcəyi bildirilir. Bu isə daha əvvəl Sony sensorları ilə bağlı yayılan şayiələri təkzib edir. Bundan əlavə, smartfonun 7000 mA·saat tutumlu batareya ilə gələcəyi və həm sürətli simli, həm də simsiz enerji yığma texnologiyalarını dəstəkləyəcəyi qeyd olunur.

Məlumatlara görə, Oppo Find X9s IP68 və ya IP69 standartlarına uyğun toz və suya davamlı korpusa sahib olacaq. Qurğunun əsas güc mənbəyi kimi MediaTek-in ən yeni prosessoru — Dimensity 9500+ çipseti göstərilir. Mənbələr Oppo Find X9s modelinin 2026-cı ilin mart ayında satışa çıxarılacağını iddia edir. Şirkət hələlik rəsmi təqdimat tarixi açıqlamasa da, mövcud sızıntılar güclü və səs-küylü bir premyeranı vəd edir.