Obama prezidentliyi dövründə geyindiyi kostyumla bağlı mübahisəni xatırladıb

Obama prezidentliyi dövründə geyindiyi kostyumla bağlı mübahisəni xatırladıb

Könül Məmmədova · Media ·

ABŞ-ın keçmiş prezidenti Barak Obama prezidentliyi dövründə geyindiyi açıq qəhvəyi kostyumun ölkədə böyük mübahisəyə səbəb olmasını xatırladıb. O, həmin dövrdə geyiminin ciddi siyasi müzakirə mövzusuna çevrildiyini zarafatla qeyd edib.

Redaksiya məlumat verir ki, Obama açıqlamasında prezidentin geyim seçiminin belə ölkə miqyasında qalmaqal yaratdığı dövrlərə toxunub.

“Mən prezidentin açıq qəhvəyi kostyum geyinməsinin ölkədə böyük mübahisəyə səbəb olduğu günləri xatırlayacaq qədər yaşlıyam. Onlar buna çox əsəbiləşmişdilər”, – deyə Obama bildirib.

Keçmiş prezident daha sonra həmin kostyumda yaxşı göründüyünü düşündüyünü söyləyərək zarafat edib.

“Üstəlik, bilirəm ki, o kostyum mənə çox yaraşırdı”, – deyə Obama əlavə edib.

Qeyd edək ki, Barak Obama 2014-cü ildə Ağ Evdə keçirdiyi mətbuat konfranslarından birinə açıq qəhvəyi kostyumda qatılmışdı. Onun geyim seçimi ABŞ mediasında və siyasi dairələrdə geniş müzakirələrə səbəb olmuşdu.

Obamanın həmin hadisəni yenidən xatırlatması prezidentliyi dövründə gündəmə gələn mübahisələrə yumorla yanaşdığını göstərir.