Zohran Mamdani Yeni il gününün ilk saatlarında Nyu York şəhərinin meri vəzifəsinin icrasına başlayıb. Andiçmə mərasimi yanvarın birində gecəyarısından dərhal sonra istifadədən çıxarılmış tarixi Old City Hall metro stansiyasında qapalı formatda keçirilib.
Redaksiya xəbər verir ki, Mərasim zamanı Zohran Mamdani Qurani-Kərim üzərinə and içərək vəzifəyə başlayıb. Bununla da o, Nyu York şəhərinin ilk müsəlman meri, Cənubi Asiya mənşəli ilk rəhbəri və Afrika mənşəli ilk meri kimi tarixə düşüb.
Old City Hall metro stansiyası 1904-cü ildə istifadəyə verilib və şəhərin ilk metro stansiyalarından biri kimi memarlıq xüsusiyyətləri ilə tanınır. Rəsmi şəxslər bildiriblər ki, merin ictimai andiçmə mərasimi daha sonra Şəhər İcra Hakimiyyətində keçirilməsi planlaşdırılır.
