Səlcuq Bayraktarın dəstəklədiyi, Türkiyənin Next Sosyal adlı platformasının öz rəsmi səhifəsində platformanın fəaliyyət prinsipləri və qaydaları ilə bağlı açıqlama yayıb.
Redaksiya xəbər verir ki, paylaşımda Next-in azad və şəffaf bir platforma olaraq istifadəçilərin xidmətinə təqdim edildiyi vurğulanıb. Şirkət bot hesablar, başqası adına açılan saxta profillər, qurum və təşkilatlar adından yaradılan saxta hesablar, eləcə də məşhur şəxslər adına açılan fan hesabı adı altında saxta profillər mövzusunda xüsusi həssaslıq göstərdiyini bildirib.
Açıqlamaya görə, platformanın sistemi yanıltıcı məlumatların yayılmasının qarşısını almaq, şəffaflığı təmin etmək və istifadəçilərin hüquqlarını qorumaq məqsədilə bu tip hesabları aşkarlayaraq dayandırır.
“Next üz-üzə danışırmış kimi insani və real ünsiyyəti dəstəkləyir. Next-də gələcək var” – deyə paylaşımda qeyd olunub.
Fərid Əlizadə
