Netanyahuya sui-qəsdin qarşısı alınıb

Netanyahuya sui-qəsdin qarşısı alınıb

Sevinc Kərimova · Kriminal ·

İsrail təhlükəsizlik qüvvələri ölkə baş nazirinə qarşı planlaşdırılan sui-qəsdin qarşısını alıb.

Redaksiya xəbər verir ki, İsrailin daxili təhlükəsizlik xidməti Şin Bet Baş nazir Benyamin Netanyahunun həyatına son qoymaq məqsədilə partlayıcı qurğu ilə sui-qəsd təşkil etməyə çalışan bir qadını saxlayıb. Məlumata görə, qadın artıq nəzarət altına alınıb və barəsində istintaq başlanılıb.

Təhlükəsizlik xidmətləri hadisənin detallarını açıqlamasa da, istintaqın davam etdiyi və məsələ ilə bağlı əlavə məlumatların yaxın günlərdə paylaşılacağı bildirilib. Sui-qəsd cəhdi ölkədə siyasi və təhlükəsizlik vəziyyətinin gərgin olduğu bir dövrə təsadüf edir.

Sevinc Kərimova