İsrail Baş naziri Binyamin Netanyahu Kanal 14-ə müsahibəsində bəyan edib ki, Qəzzada müharibə hələ sona çatmayıb və yalnız HƏMAS-ın tam silahsızlaşdırılmasından sonra başa çatacaq.
Redaksiya xəbər verir ki, Netanyahu İsrail ordusunun əməliyyatlarının davam etdiyini, təhlükəsizlik məqsədlərinin tam yerinə yetirilmədiyini və bu səbəbdən əməliyyatların hələ bir müddət davam edəcəyini bildirib. O, HƏMAS-ın hərbi infrastrukturunun tam məhv edilməsinin İsrailin “təhlükəsizlik və gələcək sabitlik” strategiyasının əsas tələbi olduğunu vurğulayıb.
Əlavə olaraq o Suriya məsələsinə də toxunub və qeyd edib ki, "Suriyada da qalmaqda davam edəcəyik, oradan çıxmayacağıq".
Netanyahu əlavə edib ki, İsrail xalqının təhlükəsizliyinin təmin olunması hökumətin “qırmızı xətti”dir və bu məqsədə çatmadan heç bir təzyiq və ya beynəlxalq çağırış onları dayandırmayacaq.
