İsraildə hakim koalisiya partiyalarından biri olan Şas Partiyasının hökumətdən ayrılması nəticəsində Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumət parlamentdə əksəriyyət səsini itirib.
Redaksiya xəbər verir ki, müxalifətin lideri Yair Lapid bununla bağlı açıqlamasında hazırkı vəziyyəti qanuni legitimliyini itirmiş azlıq hökuməti kimi qiymətləndirib. Onun sözlərinə görə, belə bir hökumət nə müharibəyə əsgər göndərməyə, nə də həyati qərarlar verməyə səlahiyyətlidir.
Lapid bildirib ki, azlıq hökuməti nə Qəzzanın taleyinə, nə Suriya və ya Səudiyyə Ərəbistanı ilə mümkün razılaşmalara qərar verə bilməz. O, İsrailin bir an əvvəl bu qeyri-legitim vəziyyətdən çıxaraq növbədənkənar seçkilərə getməli olduğunu vurğulayıb.
Sevinc Kərimova
