Netanyahu: Hizbullah sülhü sabotaj edir - VİDEO

Netanyahu: Hizbullah sülhü sabotaj edir - VİDEO

Nizami Salmanov · Media ·

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Tramp ilə apardığı danışıqlar barədə açıqlama verib. O, ABŞ prezidenti Donald Trampın İrana qarşı həm iqtisadi, həm də hərbi cəhətdən çox sərt təzyiq göstərdiyini bildirib.

Redaksiya məlumat verir ki, Netanyahu İsrail və Livan arasında tarixi sülhə nail olmaq üçün bir prosesə başlanıldığını vurğulayıb. Baş nazir, Hizbullahın bu prosesi pozmağa cəhd etdiyinin onlara aydın olduğunu qeyd edib.

Bu bəyanatlar regionda davam edən siyasi və təhlükəsizlik gərginliyinin fonunda səsləndirilib. İsrailin bu təşəbbüsü Yaxın Şərqdə uzunmüddətli sabitliyə nail olmaq üçün yeni bir addım kimi qiymətləndirilir.