İsrail Yayım Korporasiyası Kann Baş nazir Benyamin Netanyahunun Beyrutun Dahiye bölgəsinə planlaşdırılan böyük zərbəni təxirə saldığını bildirib.
Redaksiya xəbər verir ki, İsrail mediasının məlumatına görə, qərar ABŞ Prezidenti Donald Trampın təcili telefon zəngindən sonra qəbul edilib.
Məlumata əsasən, İsrail tərəfi Dahiye bölgəsində genişmiqyaslı hərbi əməliyyata hazırlaşırdı.
Lakin Trampın müdaxiləsindən sonra zərbənin təxirə salındığı bildirilir.
Dahiye Beyrutun cənubunda yerləşir və uzun müddətdir Hizbullahın əsas dayaqlarından biri kimi təqdim olunur.
Hadisə İsrail-Livan xəttində gərginliyin artdığı, İranın isə Livandakı eskalasiyaya sərt xəbərdarlıqlar etdiyi dövrə təsadüf edir.
Hələlik İsrail hökuməti və Ağ Ev məlumatı rəsmi şəkildə təsdiqləməyib.
