“Neomotors” MMC minik avtomobillərinin satışı zamanı bağlanılan müqavilə şərtlərində rəqabət qanunvericiliyin pozub.
Plat.az bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.
Belə ki, şirkətin barəsində Rəqabət Məcəlləsinin 25.1.3-cü və 25.1.5-ci maddələrinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
İşə yenidən baxılma yekunlaşıb. Şirkətə yol verdiyi haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməməsi barədə müvafiq göstəriş verilib və maliyyə sanksiyası tətbiq edilib.
Qeyd edək ki, "Neomotors" Azərbaycanda Çin avtomobillərinin satışı ilə məşğuldur.
