Nə vaxtsa Türkiyəyə embarqo tətbiq edən Kanada indi iş birliyi axtarır

Nə vaxtsa Türkiyəyə embarqo tətbiq edən Kanada indi iş birliyi axtarır

Yulduz Səlimov · Media ·

2019-cu ildə Türkiyəyə qarşı embarqo tətbiq edən Kanada indi Ankara ilə müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirməyə çalışır.

Redaksiya məlumat verir ki, Ottava xüsusilə pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sistemləri üçün sursat istehsalı sahəsində Türkiyə ilə ortaq əməkdaşlıq mühiti formalaşdırmaq niyyətindədir.

Kanada 2019-cu ildə Suriyanın şimalındakı hərbi əməliyyatlardan sonra Türkiyəyə bəzi müdafiə məhsullarının ixracına məhdudiyyət qoymuşdu. Daha sonra Qarabağ müharibəsi dövründə Türkiyəyə optik və pilotsuz sistem komponentlərinin ixracı əlavə şəkildə dayandırılmışdı.

Son illərdə isə NATO daxilində təhlükəsizlik çağırışlarının artması və Avropanın müdafiə sənayesini gücləndirmək planları fonunda Ankara ilə münasibətlərin yenidən normallaşdırılması istiqamətində addımlar atılır.

Ekspertlər hesab edirlər ki, Türkiyənin pilotsuz uçuş aparatları sahəsində qazandığı təcrübə və müdafiə sənayesində artan istehsal imkanları Qərb ölkələrinin Ankaraya münasibətində dəyişiklik yaradır. Kanada tərəfinin yeni yanaşması da bu strateji reallığın nəticəsi kimi qiymətləndirilir.