Nazir “FIFA Arena” layihəsi çərçivəsində inşa edilən futbol meydançasının açılışına qatılıb

Nazir “FIFA Arena” layihəsi çərçivəsində inşa edilən futbol meydançasının açılışına qatılıb

Sevinc Kərimova · Cəmiyyət ·

Sentyabrın 8-də “FIFA Arena” layihəsi çərçivəsində Bakı şəhəri 247 nömrəli tam məktəbdə inşa edilən futbol meydançasının açılış mərasimi keçirilib.

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəf, Ukrayna Futbol Assosiasiyasının prezidenti Andriy Şevçenko, futbol ictimaiyyətinin nümayəndələri, məktəblilər iştirak ediblər.

Çıxışlar zamanı bu kimi layihələrin məktəblilərin sağlam böyüməsi, idman mədəniyyətinin formalaşması və futbolun kütləviləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı xüsusi vurğulanıb. Tədbir zamanı FIFA prezidenti Canni İnfantinonun layihənin uğurla həyata keçirilməsinə dair videomüraciəti də yayımlanıb.

Qeyd edək ki, AFFA dünyada “FIFA Arena” layihəsini tamamlayan ilk 11 ölkə arasında yer alır. Milli assosiasiya 2 məktəbdə (Bakı şəhəri 138 və 247 nömrəli tam orta məktəblər) meydança inşa edib və bu layihədən birbaşa 6000-dən çox şagird faydalanacaq.