NATO: Ukraynanın müdafiəsi Rusiyaya ağır itkilər yaşadıb

NATO: Ukraynanın müdafiəsi Rusiyaya ağır itkilər yaşadıb

Sevinc Kərimova · Siyasət ·

NATO-nun baş katibi Mark Rutte Ukraynanın güclü müdafiəsinin Rusiya ordusuna ciddi itkilər verdirdiyini bildirib. Onun sözlərinə görə, hazırkı döyüşlərdə Rusiya tərəfi böyük insan itkisi ilə üzləşir.

Redaksiya məlumat verir ki, Rutte çıxışı zamanı bildirib ki, yalnız bir ay ərzində 20 min ilə 25 min arasında rusiyalı hərbçi həlak olur. O, bu rəqəmlərin yalnız ölənləri əhatə etdiyini, ağır yaralananların isə statistikaya daxil edilmədiyini xüsusi vurğulayıb.

NATO rəhbəri mövcud vəziyyəti Sovet İttifaqının 1980-ci illərdəki Əfqanıstan müharibəsi ilə müqayisə edib. Onun sözlərinə görə, həmin müharibədə on il ərzində təxminən 20 min hərbçi itirilmişdi, halbuki indi bu qədər itki bir ay ərzində baş verir və bu vəziyyət Rusiya üçün davamlı hesab edilə bilməz.