İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei atasının ölümünə səbəb olan hava zərbəsi nəticəsində ciddi xəsarətlər alıb. Bu məlumatı "Reuters" agentliyi yayıb.
Redaksiya istinadla məlumat verir ki, Xamenei üzündən ağır xəsarətlər alıb və ehtimal ki, bir ayağını itirib. O, hətta tanınmaz hala düşüb.
Lakin onun psixi vəziyyəti kifayət qədər yaxşıdır. Müctəba qərarların qəbulu proseslərində uzaqdan əlaqə vasitəsilə iştirak edir.
