İran İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq komandanı, general Möhsün Rezayi bölgədəki təhlükələrlə bağlı sərt açıqlama verib.
Redaksiya xəbər verir ki, Rezayi ABŞ və İsrailin regionda güc sahibi olmasının bütün müsəlman ölkələri üçün təhlükə yaratdığını bildirib. O deyib ki, əgər bu iki ölkə üstünlük qazanarsa, yalnız İran deyil, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir də parçalanacaq.
Rezayi çıxışında qeyd edib: “Türkiyə, Misir, Səudiyyə Ərəbistanı, İran və Pakistan bir araya gəlib öz müstəqil qütbumuzu yaratmalıyıq. Əks halda, bizə qarşı planlar reallaşacaq.”
Sevinc Kərimova
