Hindistanın Baş naziri Narendra Modi Şanxay Əməkdaşlıq Təşkilatının Tyancin şəhərində keçirilən Zirvə Toplantısı çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşdüyünü açıqlayıb.
Redaksiya xəbər verir ki, Modi X platformasında yazıb: “Prezident Putinlə görüşmək həmişə xoşdur. Tyancində görüşlər davam edir! Zirvə tədbirləri çərçivəsində Prezident Putin və Prezident Si ilə fikir mübadiləsi apardıq. Zirvə məkanındakı iclasdan sonra Prezident Putinlə birlikdə ikitərəfli görüş yerinə getdik. Onunla söhbətlər həmişə faydalıdır.”
Modi sammit çərçivəsində digər ölkələrin liderləri ilə də görüşlər keçirib, lakin onun Putin sevgisi diqqət çəkib.
Sevinc Kərimova




