Modi: Hindistan qlobal iqtisadi güc mərkəzinə çevrilir

Modi: Hindistan qlobal iqtisadi güc mərkəzinə çevrilir

Arzu Qafarova · İqtisadiyyat ·

Hindistanın Baş naziri Narendra Modi ölkəsinin qlobal iqtisadi göstəriciləri və əsas sektorlar üzrə mövqeyi barədə açıqlamalar verib. O bildirib ki, Hindistan hazırda dünyada ən sürətlə böyüyən böyük iqtisadiyyat statusuna malikdir.

Redaksiya xəbər verir ki, Narendra Modi Hindistanın vaksin və süd istehsalında dünya üzrə lider mövqedə olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkədə startap ekosistemi sürətlə genişlənir və innovasiya yönümlü sahibkarlıq mühüm inkişaf mərhələsinə daxil olub.

Baş nazir həmçinin qeyd edib ki, Hindistan dünyanın üçüncü ən böyük aviasiya bazarına sahibdir. Bu sahədə sərnişin axınının və infrastruktur layihələrinin davamlı şəkildə artdığı xüsusi olaraq diqqətə çatdırılıb.

Açıqlamada əlavə olaraq bildirilib ki, Hindistan dəmir yolu sektorunda da qlobal miqyasda ön sıralardadır və dünyanın dördüncü ən böyük dəmir yolu bazarı hesab olunur. Modi bu göstəricilərin ölkənin uzunmüddətli iqtisadi inkişaf strategiyasının nəticəsi olduğunu vurğulayıb.