Milyarder Varren Baffett kriptovalyuta sektorundan tamamilə çəkildi

Milyarder Varren Baffett kriptovalyuta sektorundan tamamilə çəkildi

Fərid Əlizadə · İqtisadiyyat ·

Dünyanın ən varlı iş adamlarından biri olan məşhur amerikalı investor Varren Baffett, kriptovalyuta ilə bağlı bütün investisiyalarını sataraq sektordan tamamilə geri çəkildiyini açıqlayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, Baffettin bu qərarı maliyyə dünyasında böyük rezonans doğurub. O, daha əvvəl dəfələrlə kriptovalyutalara qarşı tənqidi mövqeyi ilə çıxış etmiş və bu aktivləri “spekulyativ” və “dəyərsiz” adlandırmışdı.

Baffettə yaxın mənbələr onun bu addımı bazarda artan qeyri-sabitlik, tənzimləmə riskləri və texnoloji alqoritmlərin manipulyasiya təhlükəsi ilə izah ediblər.

Berkshire Hathaway şirkətinin portfelində əvvəllər dolaylı yollarla kripto sektoruna bağlı bəzi texnologiya və maliyyə firmalarının səhmləri yer alsa da, bu qərarla həmin bütün mövqelər tamamilə ləğv olunub.

Ekspertlər bu addımın kripto bazarında psixoloji təsir yaradacağını və bəzi böyük investorların da analoji qərarlar qəbul etməsinə səbəb ola biləcəyini bildirirlər.

Fərid Əlizadə