“MilliKart” prosessinq mərkəzinin dövlətə borcu yaranıb

“MilliKart” prosessinq mərkəzinin dövlətə borcu yaranıb

Aytac Dəniz · Maliyyə ·

“MilliKart” prosessinq mərkəzinin dövlətə borcu yaranıb.

Hazırda “MilliKart”ın vergi borcu 6562 manat təşkil edir.

Xatırladaq ki, “MilliKart” prosessinq mərkəzi 2006-cı ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən yaradılıb və sonradan banklara satılıb. Müxtəlif dövrlərdə şirkətin səhmdarları sırasında “Bank Respublika”, “Unibank”, “Azər-Türk Bank”, “Rabitəbank”, “Turan Bank”, “Bank of Baku”, “Xalq Bank”, “AccessBank” və digər banklar, eləcə də bəzi ləğv prosesində olan kredit təşkilatları yer alırdı.

“MilliKart” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 1 488 min manat, rəhbəri İlker Hepçormdır. (Plat.az)