Milli Qəhrəman komaya düşüb - Vəziyyəti ağırdır

Milli Qəhrəman komaya düşüb - Vəziyyəti ağırdır

Aytac Dəniz · Cəmiyyət ·

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin səhhətində ciddi problemlər yaranıb.

Redaksiya xəbər verir ki, Ölkə.az-ın əldə etdiyi xəbərə görə, o, komaya düşüb.

Milli Qəhrəman “Yeni Klinika”ya yerləşdirilib. Hazırda onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Xatırladaq ki, Əliyev Ehtiram İsrayıl oğlu 1972-ci il avqustun 1-də Ucar rayonunun Qəzyan kəndində anadan olub.

Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə E.Əliyev "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.