Merts: Əgər Ukrayna təslim olsaydı, müharibə sabah bitə bilərdi

Merts: Əgər Ukrayna təslim olsaydı, müharibə sabah bitə bilərdi

Sevinc Kərimova · Siyasət ·

Almaniya kansleri Fridrix Merts bəyan edib ki, Ukraynada müharibənin yaxın zamanda bitməsi gözlənilmir, lakin Kiyevin təslimiyyəti də heç bir halda variant ola bilməz. Onun sözlərinə görə, Moskva münaqişəni dayandırmaq niyyətində deyil.

Redaksiya xəbər verir ki, Merts Almaniyanın ZDF telekanalına açıqlamasında atəşkəs və sülh ehtimalından tam imtina etmədiyini, lakin bunun Ukraynanın müstəqilliyini itirməsi bahasına baş verməməli olduğunu vurğulayıb. “Əgər Ukrayna təslim olsaydı, müharibə sabah bitə bilərdi. Amma bu, Rusiyanı yeni işğallara ruhlandırardı. Bu, yolverilməzdir,” – deyə o bildirib.

Almaniya kansleri əlavə edib ki, ölkəsi 40 milyard avronu aşan hərbi yardımı davam etdirəcək. Merts deyib ki, əsas prioritet Ukrayna ordusunun uzunmüddətli müdafiəyə hazırlanmasıdır və bu prosesin dərhal başlanması vacibdir.

O, beynəlxalq diplomatik təşəbbüslərin davam etdiyini, lakin Rusiyanın Alyaskada keçirilən ABŞ-Rusiya sammitindən sonra ciddi danışıqlardan yayınmaqda ittiham olunduğunu da xatırladıb.

Sevinc Kərimova