Mərkəzi Bankda Nyu-York Federal Ehtiyatlar Bankının nümayəndələri ilə görüş keçirilib

Mərkəzi Bankda Nyu-York Federal Ehtiyatlar Bankının nümayəndələri ilə görüş keçirilib

Aytac Dəniz · Maliyyə ·

Mərkəzi Bankın sədr müavini Əli Əhmədov Nyu-York Federal Ehtiyatlar Bankının nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı qlobal iqtisadiyyat və maliyyə bazarlarında müşahidə olunan tendensiyalar, mərkəzi bankların üzləşdiyi aktual çağırışlar, eləcə də valyuta ehtiyatlarının idarə olunması sahəsində aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin Mərkəzi Bank ilə Nyu-York Federal Ehtiyat Bankı arasında uzunmüddətli əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.