Mərkəzi Bank 4 milyon manat borcu olan şirkəti CƏRİMƏLƏDİ

Mərkəzi Bank 4 milyon manat borcu olan şirkəti CƏRİMƏLƏDİ

Aytac Dəniz · Maliyyə ·

“Corporation-Vvide Profil of Az Metal” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə edilib.

Şrkət tərəfindən 49 400 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülüb.

Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya valyuta vəsaiti geri qaytarılmayıb.

Azərbaycan Mərkəzi Bankı tərəfindən şirkət barəsində protokol tərtib edilib və iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və inzibati xətanın obyekti olmuş 49400 ABŞ dolları pul vəsaitinin 20 faizi məbləğində, yəni 9 880 ABŞ dolları məbləğində cərimə olunub.

Qeyd edək ki, “Corporation Vvide Profile Of Az Metal” şirkəti 2019-cu ildən fəaliyyət göstərir və misdən hazırlanan gəmi lövbərlərinin istehsalı və ixracı ilə məşğuldur. Qamət Ağazadənin direktoru olduğu şirlətin hazırda dövlətə 3 960 000 manat vergi borcu var.

Yurd.Media