Məktəbli formasına nəzarət güclənir – Monitorinqlər keçiriləcək

Məktəbli formasına nəzarət güclənir – Monitorinqlər keçiriləcək

Aytac Dəniz · Elm ·

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Ölkə üzrə dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb

Belə ki, monitorinqlər zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçün müəyyən edilmiş vahid məktəbli forması tələblərinin, eləcə də təhsilverənlərin pedaqoji fəaliyyətin xarakterinə və işgüzar mühitə uyğun geyim qaydalarının icrası vəziyyətinin yoxlanılması nəzərdə tutulur.

Təhsil İdarəsi bildirir ki, təhsil müəssisələrində vahid geyim formaları ilə bağlı qaydaların icrasına dair nəzarət məktəb rəhbərliyi tərəfindən tənzimlənir. Geyim forması ilə bağlı müvafiq məsələlər isə Pedaqoji Şuralar tərəfindən müzakirə edilərək həll olunur.

Bununla yanaşı, şagirdlərin müəyyən olunmuş məktəbli formasında dərsə davamiyyətini təmin etmək valideynlərin birbaşa məsuliyyətidir.

Qeyd edək ki, vahid geyim forması tələblərinin tətbiqində əsas məqsəd təhsil müəssisələrində intizamlı, səliqəli və bərabər təhsil mühitini formalaşdırmaqdır.