Məhsul orijinaldır? – “DIGITAL İZZ” layihəsi NFC və QR texnologiyası ilə saxtakarlığın qarşısını alır

Məhsul orijinaldır? – “DIGITAL İZZ” layihəsi NFC və QR texnologiyası ilə saxtakarlığın qarşısını alır

Aytac Dəniz · İqtisadiyyat ·

Azərbaycanda sahibkarlar və istehlakçılar üçün məhsulların orijinallığını rəqəmsal müstəvidə ani olaraq təsdiqləməyə imkan verən “DIGITAL İZZ” (Rəqəmsal İzz) layihəsinin icrası davam edir. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) maliyyə dəstəyi ilə həyata keçirilən layihə, bazarda saxta və mənşəyi bilinməyən məhsullarla mübarizədə yeni texnoloji dövrün əsasını qoyur.

“DIGITAL İZZ” sistemi vasitəsilə istehsalçılar öz məhsullarına xüsusi mühafizə olunan NFC etiketləri və unikal QR kodlar inteqrasiya edirlər. İstehlakçılar isə sadəcə smartfonlarını etiketə yaxınlaşdırmaqla məhsulun orijinallığını, istehsalçısını və sertifikatlarını dərhal digitalizz.az platforması üzərindən yoxlaya bilirlər.

Layihə çərçivəsində tətbiq edilən bu rəqəmsal həll təkcə istehlakçıların hüquqlarını qorumaqla qalmır, həm də yerli brendlərin reputasiyasını saxlamasına, kopyalanma riskini sıfıra endirməsinə və alıcı inamını artırmasına şərait yaradır.

Layihə rəhbərliyi bildirir ki, müasir NFC və QR inteqrasiyalı təsdiq sistemi yerli istehsalçıların rəqəmsallaşmasına dəstək olmaqla yanaşı, Azərbaycan bazarında şəffaflığın artırılmasına böyük töhfə verəcəkdir.

Əlaqə və ətraflı bilgi üçün:

Veb-sayt: digitalizz.az

E-poçt: amrah.hashimov@digitalizz.az

Tel: +99470 308 20 47