Medvedev: Tramp sülh vədi ilə gəldi, bölgəni yeni ABŞ müharibəsinə sürüklədi

Medvedev: Tramp sülh vədi ilə gəldi, bölgəni yeni ABŞ müharibəsinə sürüklədi

Sevinc Kərimova · Siyasət ·

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ prezidenti Donald Trampın son addımlarını kəskin şəkildə tənqid edib. O bildirib ki, Tramp hakimiyyətə “sülh gətirəcəyəm” şüarı ilə gəlsə də, əməldə bölgəni yeni və təhlükəli bir ABŞ müharibəsinin içinə atıb.

Redaksiya xəbər verir ki, Medvedev bu bəyanatla ABŞ-ın İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi son hücumlara münasibət bildirib. “Barış gətirəcəyini deyən Tramp, indi Yaxın Şərqi daha da alovlandırır,” – deyə o vurğulayıb.

Medvedevin sözlərinə görə, bu cür hərbi təcavüzlər regionda vəziyyəti sabitləşdirmək əvəzinə, daha genişmiqyaslı qarşıdurmaların əsasını qoyur. O, beynəlxalq hüququn və diplomatiyanın bu cür addımlarla tamamilə kölgədə qaldığını qeyd edib.

Sevinc Kərimova