Bugün Mediasiya Şurası və Kiçik Otellərin və Restoranların İnkişafına Kömək İctimai Birliyi (DAİR) arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.
Memorandumu DAİR İdarə Heyətinin sədri Samir Dübəndi və Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov imzalayıb.
Hər iki tərəf görüş zamanı birgə əməkdaşlıqdan məmnun olduqlarını və bu əməkdaşlığın hər iki qurumun gələcək fəaliyyətində perspektiv yaradacağına ümid etdiklərini qeyd ediblər.
Qeyd edək ki, memorandumun məqsədi öz səlahiyyətləri daxilində fəaliyyət sahələrinə uyğun olaraq qarşılıqlı faydalı, uzunmüddətli və effektiv əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlıq çərçivəsi və bu istiqamətdə fəaliyyətin koordinasiya prosedurları barədə razılığa gəlmək olub.
