May 2026 üçün şəxsi ay proqnozunda əsas enerji 6 olaraq göstərilir. Bu enerji münasibətlər, məsuliyyət, seçim, balans, yetkinlik, qayğı və şəxsi sərhədlərlə izah olunur.
Redaksiya xəbər verir ki, may ayında əsas diqqət insanın özünü harada qurban verdiyini, harada başqalarının yükünü daşıdığını və harada artıq öz xeyrinə seçim etməli olduğunu görməsinə yönəlir.
Proqnoza görə, may ayı dörd mərhələyə bölünür. 1-7 may yenidən qiymətləndirmə dövrüdür. Bu günlərdə insan nəyin onu artıq qane etmədiyini hiss etməyə başlayır. 8-14 may kontaktlar və danışıqlar dövrüdür. Bu mərhələdə insanlar, söhbətlər və situasiyalar daha aydın görünür.
15-21 may seçim mərhələsidir. Bu dövrdə harada qalmaq, haradan getmək, nəyi qəbul etmək və nəyə “yox” demək lazım olduğu üzə çıxır. 22-31 may isə nəticə dövrü kimi göstərilir. Ayın sonuna doğru ya harmoniya, ya da emosional yüklənmə daha açıq görünə bilər.
May ayı üçün əsas tövsiyələr belədir: özünü qurban vermə, artıq məsuliyyət götürmə, “yox” deməyi öyrən və harada özünü seçmədiyinə bax.
Necə hesablamalı?
Şəxsi ay enerjisini hesablamaq üçün əvvəl doğum gün və doğum ayı toplanır. Məsələn, insan 18 sentyabrda doğulubsa, 18 (gün) və 9 (ay) toplanır. Nəticə 27 edir.
Dəyişmir: Daha sonra ilin və ayın enerjisi əlavə olunur. 2026-cı ilin enerjisi 1, may ayının enerjisi isə 5 kimi götürülür. 1 və 5 toplanır, nəticə 6 edir.
Sonra iki nəticə birləşdirilir: 27 və 6 toplanır, nəticə 33 edir. Əgər alınan rəqəm 12-dən böyükdürsə, rəqəmlər yenidən toplanır. 33 üçün 3 və 3 toplanır, nəticə 6 edir. Bu nümunədə şəxsi ay enerjisi 6 olur.
Yəni siz əvvəl öz doğum gününü və doğum ayını toplayırsınız, sonra 2026 və may enerjisindən alınan 6 rəqəmini əlavə edirsiniz. Nəticə 12-dən böyükdürsə, rəqəmləri bir-birinə əlavə edərək yekun şəxsi ay sayınızı tapırsınız.
Qısacası:
18+9=27
1+5=6
27+6=33
3+3=6
Nəticə
enerjisi şəxsi təşəbbüs və başlanğıc ayıdır. Bu rəqəmdə olanlar üçün may gözləmə dövrü deyil. Yeni işə başlamaq, özünü göstərmək, passivlikdən çıxmaq və uzun müddət təxirə salınmış addımı atmaq ön plana çıxır. Pul aktivlik, təşəbbüs, sürətli qərarlar və yeni hərəkətlər vasitəsilə gələ bilər. Münasibətlərdə isə təşəbbüs artır, amma qarşı tərəfə təzyiq etməmək vacibdir.
enerjisi tərəfdaşlıq və həssaslıq ayıdır. Bu rəqəmdə olanlar üçün may insanlarla əlaqə, dəstək almaq, danışmaq, eşitmək və münasibətləri gücləndirmək dövrüdür. Pul tərəfdaşlıq, kommunikasiya və birgə layihələr vasitəsilə gələ bilər. Münasibətlərdə həssaslıq artır, amma partnyorda itmək, özünü unutmaq və hər şeyi tək daşımaq olmaz.
enerjisi özünüifadə və görünürlük ayıdır. Bu rəqəmdə olanlar üçün may danışmaq, paylaşmaq, ideyaları göstərmək, bloq və kontent aktivliyini artırmaq üçün uyğundur. Pul görünürlük, kontent, özünüifadə və kommunikasiya vasitəsilə gələ bilər. Münasibətlərdə yüngüllük və ünsiyyət artır, amma rol oynamaq və hissləri gizlətmək tövsiyə edilmir.
enerjisi struktur və sistem ayıdır. Bu rəqəmdə olanlar üçün may intizam, sabitlik, prosesləri qaydaya salmaq və möhkəm təməl qurmaq dövrüdür. Pul sistem, davamlılıq, nizam-intizam və konkret addımlar vasitəsilə gələ bilər. Münasibətlərdə sabitlik və məsuliyyət artır, amma nəzarətə, sərtliyə və partnyoru sıxmağa keçmək olmaz.
enerjisi dəyişiklik və hərəkət ayıdır. Bu rəqəmdə olanlar üçün may köhnəyə yapışmamaq, çevik qalmaq, yeni imkanları görmək və istiqamət dəyişmək dövrüdür. Pul çeviklik, sürət, yeni ideyalar və adaptasiya vasitəsilə gələ bilər. Münasibətlərdə yenilik, maraq və cazibə artır, amma impulsla hər şeyi dağıtmaq və dərinlikdən qaçmaq risklidir.
enerjisi seçim, məsuliyyət və münasibətlər ayıdır. Bu rəqəmdə olanlar üçün may özünü qurban verməmək, münasibətlərdə balans yaratmaq və başqaları üçün yaşamaq vərdişindən çıxmaq dövrüdür. Pul öz dəyərini bilmək, yetkin qərarlar və “verirəm-alıram” balansı vasitəsilə gələ bilər. Münasibətlərdə dürüst dialoq, inciklikləri yığmamaq və uyğun olmayan formata göz yummamaq vacibdir.
enerjisi dərinlik, analiz və daxili yenidən qiymətləndirmə ayıdır. Bu rəqəmdə olanlar üçün may səs-küydən uzaqlaşıb özünü dinləmək, düşüncələri və hissləri anlamaq dövrüdür. Pul bilik, analiz, prosesləri anlamaq və düzgün nəticə çıxarmaq vasitəsilə gələ bilər. Münasibətlərdə məsafə ehtiyacı arta bilər, amma tamamilə bağlanmaq və susmaq münasibəti zəiflədə bilər.
enerjisi pul, güc və nəticə ayıdır. Bu rəqəmdə olanlar üçün may gəlir artımı, təsir dairəsinin böyüməsi, məsuliyyət götürmək və əvvəlki işlərin nəticəsini görmək dövrüdür. Pul idarəetmə, məsuliyyət və sistemli addımlar vasitəsilə gələ bilər. Münasibətlərdə liderlik və nəzarət istəyi arta bilər, amma partnyoru sıxmaq və münasibəti güc savaşına çevirmək olmaz.
enerjisi tamamlanma, buraxma və keçid ayıdır. Bu rəqəmdə olanlar üçün may köhnə prosesləri bağlamaq, işləməyən münasibətləri və ya istiqamətləri yenidən qiymətləndirmək, emosional yükdən azad olmaq dövrüdür. Pul köhnə mənbələri nəzərdən keçirmək, faydasız olanı bağlamaq və resursları təmizləməkdən sonra gələ bilər. Münasibətlərdə tamamlanma, keçid və emosional azadlıq mövzuları aktivləşir.
enerjisi yenidən başlama və yeni dövr ayıdır. Bu rəqəmdə olanlar üçün may keçmişə bağlı qalmaqdan çıxmaq, strategiyanı dəyişmək, sıfırdan başlamaq və həyatın növbəti mərhələsinə keçmək dövrüdür. Bu enerji sabitlikdən çox yenilənmə tələb edir.
enerjisi güc, enerji və təsir ayıdır. Bu rəqəmdə olanlar üçün may emosiyaların, reaksiyaların, arzuların və ambisiyaların gücləndiyi dövr kimi göstərilir. Əsas məsələ enerjini ifrata aparmadan idarə etməkdir. Bu ay liderlik, təsir və güclü irəliləyiş imkanı verir, amma sərtlik və həddindən artıq təzyiq risk yaradır.
enerjisi pauza, yenidən qiymətləndirmə və yenidən qurulma ayıdır. Bu rəqəmdə olanlar üçün may sürətli nəticə ayı deyil. Dayanmaq, həyata kənardan baxmaq, səhvləri görmək, köhnə ssenarilərdən çıxmaq və strategiyanı yenidən toplamaq önə çıxır.
Ümumi proqnoza görə, may 2026 passiv gözləmə ayı deyil. Bu ay insanlardan münasibətlərdə, pul məsələlərində, şəxsi sərhədlərdə və daxili seçimlərdə daha yetkin davranış tələb edir.
