“Maserati” və "BMW" aşdı: Bakı-Quba yolunda dəhşətli qəza

“Maserati” və "BMW" aşdı: Bakı-Quba yolunda dəhşətli qəza

Aytac Dəniz · Hadisə ·

Bakı-Quba yolunda dəhşətli qəza baş verib.

Qəza avqustun 15-də ödənişli yolun 122-ci kilometrliyində qeydə alınıb.

“Maserati” və "BMW" markalı avtomobillər qəza nəticəsində magistral yoldan çıxaraq aşıb. Nəticədə hər iki avtomobil yararsız vəziyyətə düşüb.

Hadisənin hansı səbəbdən baş verdiyi və xəsarət alanların olub-olmaması ilə bağlı hələlik dəqiq məlumat yoxdur. (sitat.info)