Makron Lukaşenkonu Ukrayna müharibəsinə qarışmamağa çağırdı

Makron Lukaşenkonu Ukrayna müharibəsinə qarışmamağa çağırdı

Sevinc Kərimova · Media ·

Fransa Prezidenti Emmanuel Makron Belarus lideri Aleksandr Lukaşenkonu Rusiyanın Ukraynaya qarşı müharibəsinə müdaxilə etməməyə çağırıb.

Redaksiya AFP-yə istinadla xəbər verir ki, Makron Lukaşenko ilə təmas zamanı Belarusun müharibədə daha dərin rol almamasının vacibliyini vurğulayıb.

Fransa lideri həmçinin Lukaşenkonu Belarusla Avropa arasında münasibətlərin yaxşılaşdırılması üçün addımlar atmağa çağırıb.

Məlumata görə, müzakirədə regional təhlükəsizlik, Ukrayna müharibəsi və Belarusun Avropa ilə münasibətləri əsas mövzular arasında olub.

Belarus daha əvvəl Rusiya qüvvələrinin Ukraynaya hücumu zamanı öz ərazisindən istifadə etməsinə icazə vermişdi. Minsk isə Belarus ordusunun müharibəyə birbaşa cəlb olunmadığını bildirir.

Makronun çağırışı NATO və Avropa ölkələrinin Belarusun müharibədə daha fəal iştirak ehtimalından narahat olduğu dövrə təsadüf edir.