Makron: İngiltərəni Fələstini birlikdə tanımağa çağırıram

Makron: İngiltərəni Fələstini birlikdə tanımağa çağırıram

Sevinc Kərimova · Siyasət ·

Fransa prezidenti Emmanuel Makron Qəzzada davam edən müharibənin perspektivsizliyini vurğulayıb və bölgədə iki dövlətli həllin zəruriliyinə diqqət çəkib.

Redaksiya xəbər verir ki, Makron verdiyi açıqlamada Qəzza savaşının nə sonunun, nə də aydın strateji hədəfinin olduğunu deyib: “Biz iki dövlətli həll yoluna ehtiyac duyuruq. Bu münaqişənin davam etməsi hər kəs üçün fəlakətdir.”

Fransa prezidenti çıxışında Böyük Britaniyəyə də çağırış edib. O, Londonu Fransa ilə birlikdə Fələstin dövlətini rəsmən tanımağa səsləyib və bunun sülh prosesini sürətləndirəcəyinə ümid etdiyini bildirib.

Sevinc Kərimova