Makron: Avropa oyanmağa qərar verib

Makron: Avropa oyanmağa qərar verib

Nizami Salmanov · Media ·

Fransa Prezidenti Emmanuel Makron Avropanın böyük güclərdən asılı qalmamalı olduğunu bildirib. O, qitənin təhlükəsizlik, iqtisadiyyat və müdafiə sahələrində daha müstəqil hərəkət etməsinin vacibliyini vurğulayıb.

Redaksiya ANSA-ya istinadla xəbər verir ki, Makron Avropanın “oyanmağa qərar verdiyini” deyib. Fransa liderinin sözlərinə görə, Avropa artıq heç bir böyük gücdən asılı vəziyyətdə qalmaq istəmir və öz strateji imkanlarını gücləndirməlidir.

Makron bildirib ki, Avropa yalnız açıq bazar kimi qalarsa, qlobal rəqabətdə zəifləyə bilər. Onun fikrincə, qitə iqtisadi, maliyyə, hərbi və texnoloji baxımdan real gücə çevrilməlidir.

Fransa prezidenti Avropa ölkələrini müdafiə sənayesi, innovasiya, enerji təhlükəsizliyi və strateji istehsal sahələrinə daha çox sərmayə qoymağa çağırıb. Makron hesab edir ki, Avropanın gələcək rolu onun öz maraqlarını müstəqil şəkildə müdafiə edə bilməsindən asılı olacaq.