Maduro ABŞ-ın hədəsinə qarşı 4,5 milyon milisi səfərbər etdi

Maduro ABŞ-ın hədəsinə qarşı 4,5 milyon milisi səfərbər etdi

Sevinc Kərimova · Siyasət ·

Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın ona qarşı atdığı addımlara cavab olaraq ölkə üzrə 4,5 milyondan çox milisi səfərbər edəcəyini açıqlayıb.

Redaksiya xəbər verir ki, Maduro bu planın “sülh planı” çərçivəsində hazırlandığını bildirib. O, ABŞ-ın özünü həbs etdirmək üçün təqdim edilən məlumatlara görə mükafatı 25 milyon dollardan 50 milyon dollara qaldırmasını “yeni hücum” adlandırıb. Dövlət televiziyasında çıxış edən Maduro, yaxın günlərdə ölkə üzrə milislər üçün xüsusi planın işə salınacağını vurğulayıb.

Dövlət başçısı Bolivarcı Milli Milis Gücünün ölkə boyunca yerləşdiriləcəyini açıqlayaraq, onlara “hazır, aktiv və silahlı olun” çağırışı edib. Lakin planın detalları barədə məlumat paylaşmayıb.

Digər tərəfdən ABŞ prezidenti Donald Tramp daha əvvəl imzaladığı fərmanla Latın Amerikasında narkotik kartellərinə qarşı ordunun daha geniş səlahiyyətlə istifadəsinə göstəriş vermişdi. CNN-ə danışan iki yüksək rütbəli hərbi rəsmiyə görə, bu qərar çərçivəsində bölgəyə 4 min dəniz piyadaçısı və digər hərbi qüvvələr göndəriləcək.

Sevinc Kərimova