“m10” platformasında yenidən ciddi problemlər yaranıb.
Bu barədə “M10” istifadəçiləri məlumat veriblər.
Məlumata görə, gün ərzində “M10”-a edilən ödənişlər hesabda göstərilməyib.
Məsələ ilə bağlı “m10”-nun qaynar xətt xidməti ilə əlaqə saxladıq.
Qeyd olunub ki, hazırda “m10” platformasında texniki problem yaranıb. Gün ərzində həll edilməsi nəzərdə tutulub
Qeyd edək ki, hazırkı məlumata görə, istifadəçilər platformada karta pul köçürmə əməliyyatının hələ də mümkün olmadığını bildirirlər.
