Lyuis Hemilton: “Qəzzada baş verənləri görmək məni dərindən sarsıdır”

Lyuis Hemilton: “Qəzzada baş verənləri görmək məni dərindən sarsıdır”

Sevinc Kərimova · Dünya ·

Dünyaca məşhur Formula 1 pilotu Lyuis Hemilton Qəzzada yaşanan humanitar fəlakətlə bağlı açıqlama verib.

Redaksiya xəbər verir ki, Hemilton “Qəzzada baş verənləri görmək, hiss etdiyim dərindən yıxımı ifadə etmək üçün kifayət deyil” sözləri ilə emosional mesaj yayımlayıb.

O bildirib ki, bölgədə uşaqlar aclıq içindədir, insani yardım isə onlara çatdırıla bilmir:
“Uşaqlar acdır, yardım onlara çatmır. Beynəlxalq ictimaiyyətin susqunluğu və hərəkətsizliyi gələcək nəsillər tərəfindən hökmən mühakimə olunacaq.”

Lyuis Hemilton bu sözləri ilə Qəzzadakı humanitar böhrana qarşı beynəlxalq təşkilatların və dövlətlərin passivliyini sərt şəkildə tənqid edib. Onun açıqlaması sosial mediada böyük dəstək qazanıb.

Sevinc Kərimova