Los-Ancelesdəki bəzi nümayişçilərin başına 50 min dollar mükafat qoyuldu

Los-Ancelesdəki bəzi nümayişçilərin başına 50 min dollar mükafat qoyuldu

Sevinc Kərimova · Hadisə ·

Redaksiya xəbər verir ki, ABŞ Federal Təhqiqat Bürosu (FBI) Los-Ancelesdə baş verən iğtişaşlar zamanı qanunsuz hərəkətlərdə iştirak edən bir sıra nümayişçilərin axtarışına başlayıb və onların tutulması üçün 50 min dollar (85 min manat) məbləğində mükafat təyin edib.

Qurumun yaydığı məlumata görə, bu şəxslər vandalizm, ictimai asayişi pozma və hüquq-mühafizə orqanlarına qarşı zorakılıqda ittiham olunurlar. FBI vətəndaşlara çağırış edərək, həmin şəxslərlə bağlı məlumatı paylaşanların anonimliyinin qorunacağını və mükafatın dərhal veriləcəyini bildirib.

Sevinc Kərimova