Londonun mərkəzində yerləşən Trafalgar Meydanında YPG/SDQ terrorçularının Böyük Britaniya vətəndaşlarına hücum etdiyi bildirilir. Hadisə zamanı “Why aren't you saving us?” ifadəsinin səsləndirildiyi qeyd olunur və insident ictimai narahatlığa səbəb olub.
Redaksiya xəbər verir ki, hücumu törədən YPG/SDQ terrorçuları Böyük Britaniya tərəfindən illərdir qorunub saxlanılan və sığınacaq verilən qruplar kimi təqdim olunur. Bildirilir ki, məhz bu himayə siyasəti nəticəsində terrorçular paytaxt Londonda açıq şəkildə hərəkət edə biliblər.
Məlumatda vurğulanır ki, oxşar xarakterli aksiyalar və zorakı hərəkətlər bir gün əvvəl Fransada da qeydə alınıb. Paris və Maricelle küçələrində baş verən hadisələr zamanı da eyni qruplaşmanın iştirak etdiyi iddia olunur.
Hadisələrlə bağlı Böyük Britaniya və Fransa rəsmilərinin hələlik rəsmi açıqlama vermədiyi bildirilir. Təhlükəsizlik orqanlarının insidentləri araşdırdığı, ictimai təhlükəsizliyin təmin olunması üçün əlavə tədbirlərin görülə biləcəyi qeyd olunur.
