Lökbatanda anbardakı yanğın nəzarətə götürülüb - VİDEO

Lökbatanda anbardakı yanğın nəzarətə götürülüb - VİDEO

Aytac Dəniz · Hadisə ·

Lökbatan qəsəbəsindəki anbarda yanğının geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.