ABŞ senatoru Lindsi Qrem İranla bağlı mümkün hərbi əməliyyatlar barədə mövqeyini açıqlayaraq, belə bir addım atılacağı təqdirdə onun daha geniş miqyaslı olmasının tərəfdarı olduğunu bildirib.
Redaksiya xəbər verir ki, senatorun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın qətiyyəti müzakirə mövzusu deyil və əsas sual əməliyyatın həcminin böyük, yoxsa məhdud olmalı olmasıdır. Lindsi Qrem bu məsələdə daha geniş əməliyyatın məqsədəuyğun olduğunu vurğulayıb.
O, həmçinin zamanın hər şeyi göstərəcəyini qeyd edərək, İran rejiminin gələcəyi ilə bağlı nikbin mövqe sərgiləyib və mövcud rejimin günlərinin sayılı ola biləcəyinə ümid etdiyini bildirib.
