Lənkəranda qədim meşə qalıqları üzə çıxıb

Lənkəranda qədim meşə qalıqları üzə çıxıb

Sevinc Kərimova · Cəmiyyət ·

Lənkəran sahillərində Xəzər dənizinin səviyyəsinin enməsi nəticəsində qədim meşə qalıqları üzə çıxıb. Son illər yağıntının azalması, buxarlanmanın artması və çay axınlarının zəifləməsi səbəbindən suyun geri çəkilməsi müşahidə olunur.

Redaksiya AZƏRTAC-a istinadla xəbər verir ki, sahildə suyun altında qalmış iri ağac kökləri və qədim meşə qalıqları diqqət çəkir. Ekoloqlar bunu əsasən qlobal istiləşmənin yaratdığı intensiv buxarlanma ilə əlaqələndirirlər.

Məlumata görə, əraziyə aid ağac qalıqları 200–300 illik tarixə malikdir və bu, Lənkəran sahillərində vaxtilə geniş palıd meşələrinin mövcud olduğunu göstərir. Qədim kök və gövdə qalıqlarının bioloji eroziyaya tam məruz qalmaması onların yaxşı qorunduğunu sübut edir. Mütəxəssislər tapıntıların həm bölgənin ekoloji-tarixi irsi, həm də sahil ekosistemlərinin bərpası baxımından böyük əhəmiyyət daşıdığını bildirirlər.