Rusiya xarici işlər naziri Sergey Lavrov Alyaskaya səfəri zamanı üzərində SSRİ loqotipi olan köynək geyinərək diqqət mərkəzinə düşüb.
Redaksiya xəbər verir ki, Lavrovun bu geyimi, ABŞ və Rusiya arasında Alyaskada keçiriləcək yüksək səviyyəli danışıqlardan öncə siyasi mesaj kimi qiymətləndirilib. Təhlilçilər bildirirlər ki, SSRİ simvollarının seçilməsi Moskvanın tarixi iddialarına və simvolik diplomatiyasına işarə edə bilər.
Hadisə ictimaiyyət və mətbuat orqanlarında geniş müzakirə olunub. ABŞ tərəfi geyim seçiminin danışıqların rəsmi gündəliyinə təsir etməyəcəyini bildirsə də, bəzi müşahidəçilər bu addımı iki ölkə arasında artan gərginliyin vizual ifadəsi kimi dəyərləndiriblər.
Sevinc Kərimova
