Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Avropa dövlətləri iki ay ərzində Fələstini tanımaq barədə qərar verdikdə, artıq tanınacaq bir şey qalmaya bilər.
Redaksiya xəbər verir ki, Lavrovun sözlərinə görə, hazırkı gedişat Fələstin məsələsinin sürətlə pisləşdiyini göstərir və Avropanın gecikmiş addımları regiondakı vəziyyəti dəyişməyə qadir olmaya bilər.
Rusiyalı nazir beynəlxalq ictimaiyyəti məsuliyyətli addımlar atmağa, Fələstin xalqının hüquqlarını qorumağa və münaqişənin ədalətli həlli üçün real mexanizmlər yaratmağa çağırıb.
Lavrov əlavə edib ki, böhranın daha da dərinləşməsinin qarşısını almaq üçün siyasi iradə və vaxtında qərarların verilməsi həyati əhəmiyyət daşıyır.
Sevinc Kərimova
