Kuba xarici işlər naziri ABŞ dövlət katibi Marko Rubionun “Kuba milli təhlükəsizliyə təhdiddir” açıqlamasına cavab verib.
Redaksiya xəbər verir ki, Kuba tərəfi Vaşinqtonun ittihamlarını əsassız adlandırıb.
“Kuba 10 milyon əhalisi olan kiçik adadır. Hansı məntiqlə Kuba nüvə supergücünə təhdid yarada bilər?” — deyə nazir bildirib.
O, Rubionu əlində sübut varsa, bunu ictimaiyyətə açıqlamağa çağırıb.
Kuba XİN rəhbəri həmçinin Rubionun bu mövzularla bağlı dəfələrlə yalan danışdığını iddia edib.
Açıqlama ABŞ-ın Kubaya qarşı ritorikasını sərtləşdirdiyi, Vaşinqtonun adanı milli təhlükəsizlik üçün “qeyri-adi və fövqəladə təhdid” kimi təqdim etdiyi dövrə təsadüf edir.
Havana isə bu ittihamları siyasi təzyiq və Kubaya qarşı mümkün aqressiyanı əsaslandırmaq cəhdi kimi qiymətləndirir.
