Kriptovalyuta fondlarının birbaşa Bitcoin və Ethereum ilə ticarətinə icazə verdi

Kriptovalyuta fondlarının birbaşa Bitcoin və Ethereum ilə ticarətinə icazə verdi

Fərid Əlizadə · İqtisadiyyat ·

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) kriptovalyuta bazarında mühüm qərar qəbul edib.

Redaksiya xəbər verir ki, SEC artıq kriptovalyuta əsaslı ETF-lərin (birjada ticarət olunan fondların) səhmləri yalnız nağd vəsaitlə deyil, birbaşa Bitcoin və Ethereum ilə yaradıb geri almağına rəsmi şəkildə icazə verib. Bu qərar kriptovalyuta bazarı üçün yeni mərhələnin başlanğıcı hesab olunur.

Maliyyə ekspertləri bildirir ki, bu addım həm likvidliyi artıracaq, həm də fondlar üçün əməliyyat xərclərini azaldacaq. Eyni zamanda, bu qərar institusional investorların kriptovalyutalara çıxışını asanlaşdıracaq və daha şəffaf ticarət mexanizmləri yaradacaq.

Qeyd edək ki, bu, kriptovalyutanın maliyyə bazarlarında legitimliyinin artması baxımından mühüm addım kimi qiymətləndirilir.

Fərid Əlizadə