Kreml: Rusiyanın G8-dən çıxarılması böyük səhv idi

Kreml: Rusiyanın G8-dən çıxarılması böyük səhv idi

Sevinc Kərimova · Siyasət ·

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Moskva ABŞ prezidenti Donald Trampın Rusiyanın G8 formatından çıxarılmasının böyük səhv olduğu barədə fikri ilə razıdır. Tramp bu açıqlamanı dünən keçirilən G7 sammitində səsləndirmişdi.

Redaksiya xəbər verir ki, Peskovun sözlərinə görə, hazırda G20 sammitinin fonunda G7 formatı kifayət qədər zəif və əhəmiyyətsiz görünür. Onun fikrincə, G7-nin mövcud rolu getdikcə azalır.

O, əlavə edib ki, G20 daha geniş və inklüziv platforma kimi qlobal problemlərin həllində real mexanizm rolunu oynayır və bu baxımdan daha əhəmiyyətlidir.

Sevinc Kərimova