Kreml nümayəndəsi Dmitri Peskov bildirib ki, Rusiya rəhbərliyi səviyyəsində İran və İsraildən vətəndaşların təxliyəsi ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib.
Redaksiya xəbər verir ki, Peskovun sözlərinə görə, hazırda bu istiqamətdə rəsmi qərar olmasa da, bəzi Rusiya vətəndaşları artıq İrandan Azərbaycan vasitəsilə təxliyə olunub.
“Hazırda yüksək səviyyədə təxliyə qərarı barədə məlumata malik deyiləm. Lakin bəzi vətəndaşlarımız artıq İran ərazisini tərk edib və Azərbaycan üzərindən evakuasiya olunub” – deyə Kreml rəsmisi əlavə edib.
Qeyd edək ki, bölgədə gərginlik fonunda bir sıra ölkələr öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə təxliyə planlarını aktivləşdirib.
Sevinc Kərimova
